12 banka təhlükə yaranıb - İqtisadçı xəbərdarlıq edir
Tarix: 29-12-2017 11:33 | Bölmə: Slayd
12 banka təhlükə yaranıb

İki il ərzində 13 bankın bağlanması bank sektorunu böhrandan çıxara bilməyib. Hazırda bankların 3-dən 1-i ziyanla işləyir.

Reyting.az-ın xəbərinə görə, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib.

Q. İbadoğlunun sözlərinə görə, ötən il 13 bank, bu ilin ilk 9 ayında isə 12 bankın maliyyə nəticəsi zərərlə ifadə olunub.

İqtisadçı alim qeyd edib ki, son 1 il 9 ayda ən çox ziyan “Accessbank”da (127,5 milyon manat), “Bank of Baku”da (69,6 milyon manat), “Unibank”da (39,2 milyon manat), “Bank Respublika”da (37 milyon manat), “AGbank”da (24,2 milyon manat) və “Dəmirbank”da (20,3 milyon manat) qeydə alınıb:

“Bu il üçün zərəri ən az olan, səhmlərinin 25 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına malik olan “Dəmirbank”ın lisenziyası geri alınıb.

Cari ilin 3-cü rübünün nəticələrinə görə, aktivlərin dəyəri “Amrahbank”da 10,3 %, “Muğanbank”da 12,5 %, “Unibank”da 16,9 %, “Accessbank”da 19,2%, “Bank of Baku”da 21,1%, “Bank Respublika”da 22,1 %, “Nikoil Bank”da 23,5 %, “Azər Türk Bank”da 63,4 % azalıb.

Hesabat dövründə bank kapitalının dəyərini “Accessbank” 6,8%, “Azər Türk Bank” 7,5%, “Amrahbank” 15,3%, “Bank of Baku” 19,9%, “AFB Bank” 21,4%, “AGBank” 21,9 %, “Unibank” 37,8% itirib”.

12 banka təhlükə yaranıb

Q. İbadoğlu qeyd edib ki, “Azərbaycan Beynəlxalq Bankı”, “Günay Bank” və “Naxçıvanbank” dövr ərzində məlumat açıqlamayıblar: “Böyük ehtimalla hər 3 bankın cari vəziyyətini xarakterizə edən məlumatların gizlədilməsi onların göstəricilərinin pis olması ilə əlaqədardır. Qeyd olunan göstəricilər üzrə bankların vəziyyətinin qiymətləndirilməsi göstərir ki, hesabat açıqlmayan banklar da daxil olmaqla yuxarıda adları sadalanan banklar 2018-ci ilə çətin maliyyə durumunda qədəm qoyurlar. Odur ki, bank xidmətindən istifadə edən istehlakçıların hüquqları qorunmadığı indiki böhranlı şəraitdə müştərilər vaxtında doğru qərarlar qəbul etmək üçün maliyyə savadını artırmalıdır".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}