Rusiyanın təhlükəli planı Azərbaycana qarşı yönəlib; Ölkəmiz ordu ilə təhdid olunur
Tarix: 08-04-2018 09:11 | Bölmə: Slayd
Rusiyanın təhlükəli planı Azərbaycana qarşı yönəlib; Ölkəmiz ordu ilə təhdid olunur

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bir neçə gün öncə Xəzər donanmasının Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürüləcəyini bəyan edib. O, bununla yanaşı, köçürülən donanma hərbçilərinin sayının artırılacağını da bildirib.

Rus ordusunun rəhbəri Moskvanın niyə belə addım atdığına aydınlıq gətirməsə də, bəllidir ki, bu addımın arxasında Azərbaycanın birbaşa maraqlarına toxunacaq plan var. O plan ki, eyni zamanda təhdid xarakterlidir.

Rusiya tərəfi bu diversifikasiya ilə bağlı, ümumiyyətlə, çox rahat davranır və Azərbaycan sərhədlərinin 200 kilometrliyinə belə bir böyük hərbi birləşməni yerləşdirməsinə aydınlıq gətirməyə ehtiyac duymur.

"Komsomolskaya Pravda” qəzetinə müsahibə verən ehtiyatda olan rusiyalı polkovnik Viktor Baranets isə planın geniş toplum üçün görünməyən tərəflərinə işıq salıb.

Belə ki, Moskvanın qeyri-rəsmi olaraq mövqeyini çatdıran polkovnik, Rusiyanın bu addım ilə faktiki olaraq Azərbaycana meyilləndiyini dilə gətirib.

Bu bölgənin gələcəkdə baş tutacaq enerji resursları uğrunda mübarizənin əsas meydanlarından birinə çevriləcəyini deyən Baranets, Rusiya Baş Qərargahının artıq bu planlara bələd olduğunu, ona görə də Azərbaycan sərhədlərində möhkəmləndiyini diqqətə çatdırıb.

O, Qərbi nəzərdə tutaraq bildirib ki, Rusiya onların bu bölgədə möhkəmlənməsinə nəinki imkan verməyəcək, üstəlik, onlara bu şəraiti yaradan ölkələrə (Açıq formada Azərbaycana-red.) xəbərdarlıq da edib:

"Onlar (Böyük ehtimalla ABŞ və başda Britaniya olmaqla Avropanın bəzi ölkələrini nəzərdə tutur-red.) Azərbaycana artıq eyham vurmağa başlayırlar ki, bizimlə dost olun və əgər neft rayonlarının bölünməsiylə bağlı problem yaransa, biz sizə kömək edəcəyik. Bu cür plan əsasında gələcəkdə yaranacaq təhlükələr də Baş Qərargahımız tərəfindən nəzərə alınır”.

Baranetsin bu ifadələri və Azərbaycanda keçiriləcək Prezident seçkilərinə sayılı günlər qalmış Moskvanın gözlənilməz qərarı artıq bir sıra ekspertlərin SOS təbili çalması ilə nəticələnib.

Azərbaycana təhdidlərin hər zaman şimal qonşusu və Xəzər dənizindən gəldiyini bildirən ekspertlər Bakının təhlükəsizliyinin təhdid edildiyini düşünür.

Bəli, ötən həftə Azərbaycan Prezidentin köməkçisi Əli Həsənovun da "Bəzi dövlətlər Azərbaycanın sərvətlərindən əvəzsiz pay almaq istəyir",- deyərək, ölkəmiz ətrafında cərəyan edən təhlükəli proseslərə diqqət çəkməsinin ardınca, Rusiyanın dərhal Xəzərə ordu yeritməsi vəziyyətin həqiqətən ciddi xarakter aldığını göstərir.

"Reytinq"in məlumatına görə, məsələyə reaksiya verən politoloq Elxan Şahinoğlu deyib ki, Rusiyanın sülh hövzəsi Xəzərdə hərbi potensialını artırması birmənalı deyil:

"Hərbi donanmanın Azərbaycan sərhəddinə yaxın yerləşdirilməsi Moskvanın Azərbaycana xoş olmayan jestidir. ABŞ-ın Xəzərdə hərbi varlığı olmasa da, Xəzərin təhlükəsizliyi ilə bağlı Bakı ilə sıx əməkdaşlıq edib və müxtəlif illərdə Azərbaycana Xəzərdə enerji infrastrukturlarının mühafizəsi üçün hərbi katerlər yollayıb, sualtı xüsusi təyinatlı qüvvələr hazırlanmasında iştirak edib. Görünür, bu faktor da Rusiyanı narahat edir. Ancaq ABŞ-ın Azərbaycana verdiyi kiçik tutumlu katerlər Rusiyaya heç bir təhlükə törətmir”.

Politoloqun sözlərinə görə, Rusiyanın Xəzərdə hərbi dəniz donanmasını gücləndirməkdə bir başqa marağı da var:

"Rusiya Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə boru xəttinin çəkilməsinin əleyhinədir. Bu mövzu ilə bağlı danışıqlar son illər intensivləşib. Türkiyə və Avropa İttifaqı Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilməsini istəyirlər. Moskva bundan narahatdır. Xəzərdə və Azərbaycana yaxın ərazidə hərbi dəniz donanmasının gücləndirilməsi həmin boru xəttinin çəkilməsinə əngəldir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}