Ali məktəblərə qəbulda dəyişiklik olacaq - Nazir
Tarix: 21-06-2018 12:34 | Bölmə: Slayd
Ali məktəblərə qəbulda dəyişiklik olacaq

Ali təhsil müəssisələrinə qəbulda əsasən iki dəyişiklik nəzərdə tutulur.

Təhsil naziri Ceyhun Bayramov Nazirliyin hesabat tədbirindəki çıxışında deyib ki, dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.

C. Bayramov yeni qəbul modelinin üstünlüklərini də açıqlayıb. Onun sözlərinə görə, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq, məzunlar daha az sayda fəndən imtahan verəcəklər, imtahan fənlərinin sayı 5-dən 3-ə düşəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}