DSMF-nin vəzifəli şəxsləri işdən çıxarılıb - Təyinat
Tarix: 30-06-2018 12:25 | Bölmə: Slayd
DSMF-nin vəzifəli şəxsləri işdən çıxarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Kürdəmir və Abşeron rayon şöbələrinin müdirləri işdən çıxarılıb.


Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, İlkin İbadulla oğlu İbrahimov DSMF-nin Kürdəmir rayon şöbəsinin müdiri vəzifəsindən azad edilib və onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq həmin qurumun sosial mavinət sektorunun müdiri Hamil Hidayətova tapşırılıb.

DSMF-nin Abşeron rayon şöbəsinin müdiri Coşqun Qasımov da vəzifəsindən azad edilib. Onun yerinə İlkin İbrahimov təyin olunub.

Qeyd edək ki, bundan əvvəl DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsindən azad edilib və onların yerinə müvəqqəti təyinatlar olub.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}