18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Gürcüstan prezidenti satqın elan edilib
Tarix: 23-06-2023 13:32 | Bölmə: Dünya
Gürcüstan prezidenti satqın elan edilib

Salome Zurabişvili “Mtavai” telekanalının təsisçisi və baş direktoru Nika Qvaramiyanın əfv olunduğunu elan etdikdən sonra bir qrup naməlum şəxs Gürcüstan prezidentinin iqamətgahı yaxınlığında Avropa Birliyinin (AB) bayrağını yandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Gürcü xəbərləri” bildirib.

Bayraq yandıranlar prezident Zurabişvilini “agent” və “satqın” adlandırıb, AB bayrağına görə “Vətən Qərbə dəyişdirildiyini” qışqıraraq Zurabişvilinin Gürcüstandan çıxarılmasını tələb ediblər.

Hadisə yerinə polis gəlib.

Qeyd edək ki, Gürcüstanda beynəlxalq təşkilatların və Gürcüstanın diplomatik münasibətdə olduğu ölkələrin bayraqlarının yandırılması qanun pozuntusudur, cərimə 1000 lari (385 dollar) təşkil edir.



ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər