18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Yaponiya və Tayvan Rusiyanın hərbi gəmilərini "ovlamağa” çalışır
Tarix: 01-07-2023 14:18 | Bölmə: Dünya
Yaponiya və Tayvan Rusiyanın hərbi gəmilərini "ovlamağa” çalışır

Yaponiyanın Müdafiə Nazirliyi bildirib ki, Tayvanın bu həftə analoji elanından sonra, əvvəlki dörd gündə Tayvan və Yaponiyanın Okinava adaları sularında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi aşkar edib.

Reyting.az
xatırladır ki, çərşənbə axşamı Tayvanın Müdafiə Nazirliyi şərq sahillərində iki rus freqatı gördüyünü və onları izləmək üçün təyyarələr göndərdiyini açıqlayıb.

Yaponiya hökuməti keçən ay Rusiyanın Yaponiya ərazisi yaxınlığında təkrar hərbi fəaliyyətinin, o cümlədən Çin qüvvələri ilə birgə təlimlərin Yaponiyanın milli təhlükəsizliyi üçün “ciddi narahatlıq” olduğunu bildirib.

Yaponiya Müdafiə Nazirliyi çərşənbə axşamı səhər Tayvan yaxınlığındakı Okinava prefekturasında Yaponiyanın qərbində yerləşən Yonaquni adasının 70 km cənub-qərbində iki “Vatchdog” sinifli freqatın ilk dəfə aşkarlandığını bəyan edib.

"Gəmilər Yonaquni və Tayvan arasındakı sularda irəli-geri dövrə vuraraq şərqə doğru hərəkət edirdilər və sonuncu dəfə cümə günü Miyako və Okinava arasındakı sularda görünüblər", - məlumatda deyilir.

Yaponiyanın Rusiya gəmilərini izləmək üçün iki gəmi göndərdiyi də qeyd edilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər