Avropa İttifaqı Ukraynaya kaset sursatlarının tədarükünə dəstək verir
Tarix: 10-07-2023 17:13 | Bölmə: Dünya
Avropa İttifaqı Ukraynaya kaset sursatlarının tədarükünə dəstək verir

Avropa İttifaqı Ukraynaya özünümüdafiə sursatlarının, xüsusən də ABŞ-ın göndərəcəyi kaset bombalarının tədarükünə dəstək verir. Reyting.az-ın məlumatına görə, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Nəbilə Məsrəli Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

Məsrəli bildirib ki, Avropa İttifaqı Ukraynaya özünümüdafiə üçün sursat verilməsinin tərəfdarıdır.

Xatırladaq ki, iyulun 7-də Ağ ev kasetli sursatların Ukraynaya təhvil verildiyini elan edib. Eyni zamanda, Amerika prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan qeyd edib ki, Vaşinqton Ukraynada kasset mərmilərinin istifadəsinin mülki əhali üçün risklər daşıdığını etiraf edib.

Həmin gün ABŞ prezidenti C. Bayden kasetli sursatların adi mərmilərin tükənməsi səbəbindən Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi qərarını açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər