Zelenski də NATO-nun sammitində iştirak edəcək
Tarix: 10-07-2023 18:27 | Bölmə: Dünya
Zelenski də NATO-nun sammitində iştirak edəcək

Ukrayna prezidenti Vladimir Zelenski NATO liderləri ilə görüşmək üçün çərşənbə günü Vilnüsə gələcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadla məlumat yayıb.

Zelenskinin sözçüsü bu məlumatın şərhindən imtina edib.

NATO-nun baş katibi Yens Stoltenberq bazar ertəsi günü Vladimir Zelenskinin Alyansın Vilnüsdə keçiriləcək sammitində iştirakını təsdiqləyib.

“Prezident Zelenski Ukrayna-NATO Şurasının ilk iclasında bizə qoşulacaq”, - Stoltenberq bildirib. Bu görüş iyulun 12-nə təyin edilib.

Xarici işlər naziri Dmitri Kuleba bazar ertəsi səhər saatlarında bildirib ki, müzakirələrdən sonra NATO-ya üzv ölkələr Ukraynanın Alyansa üzv olmaq yolunda Üzvlük Fəaliyyət Planını ləğv etməyə razılaşıblar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}