Səfir Rusiya-NATO əlaqələrindən danışıb
Tarix: 11-07-2023 08:33 | Bölmə: Dünya
Səfir Rusiya-NATO əlaqələrindən danışıb

“Bu gün Moskva və Şimali Atlantika Alyansı arasında təmaslar mövcud deyil”.

Reyting.az
xəbər verir ki, belə bir açıqlama ilə Rusiyanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Tokovinin çıxış edib.

Qeyd edək ki, iyulun 11-12-də NATO-nun Vilnüsdə keçiriləcək Zirvə toplantısında alyans üzv ölkələrə öz hərbi qüvvələrini və potensialını təkmilləşdirmək göstərişləri ilə müraciət ediləcək, həmçinin bütün ölkələr ÜDM-nin ən azı 2 faizini müdafiəyə xərcləməyə çağrılacaq.

Sammit ərəfəsində Litva prezidenti Gitanas Nauseda “The Times” qəzetinə verdiyi müsahibəsində deyib:

"Rusiya Belarusda fəal şəkildə taktiki nüvə silahı yerləşdirəndə və bunun baş verdiyinə dair bütün sübutlarımız olduqda, biz artıq Rusiya ilə NATO arasındakı aktın ölü olduğunu qəbul etməliyik”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}