Keçmiş baş katib Ukraynanın hissə-hissə NATO-ya qəbulunu təklif edir, politoloq isə…
Tarix: 11-07-2023 10:37 | Bölmə: Dünya
Keçmiş baş katib Ukraynanın hissə-hissə NATO-ya qəbulunu təklif edir, politoloq isə…

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Ukraynanın “hissə-hissə” alyansa qəbul oluna biləcəyini istisna etməyib. Bu mərhələdə Qərbi Ukrayna bloka daxil ola bilər. Siyasətçi 1955-ci ildə Qərbi Almaniyanın alyansa qəbul edildiyini nümunə kimi gətirib.

Reyting.az
-ın məlumatına görə, politoloq İlqar Vəlizadə məsələyə münasibət bildirərkən deyib ki, görünür, Ermənistana və xüsusən də Ermənistan-Azərbaycan sərhəddinə səfər etdikdən sonra NATO-nun keçmiş baş katibi tamamilə “boğazdan düşüb”. Bir ölkəni hissə-hissə hansısa ittifaqa necə qəbul etmək olar?

"Qərbi Almaniya ilə müqayisə heç də tənqidə tab gətirmir. Almaniya NATO-ya qəbul zamanı müstəqil ölkə idi, ərazisi Qərb torpaqlarını da əhatə edirdi. Şərq torpaqları daxilində daha bir müstəqil ölkə olan ADR yarandı. İki ölkənin sərhədləri, eləcə də onların beynəlxalq hüquqi subyektivliyi nəhayət, 1975-ci il Helsinki Yekun Aktı ilə təsdiqləndi. Bundan bir neçə il əvvəl hər iki ölkə BMT-yə üzv oldu", - Vəlizadə əlavə edib.

Politoloq xatırladıb ki, Rasmussenin sözlərinə görə, Ukraynanın bir hissəsi (hələ müəyyənləşdirilməyib) NATO-ya üzv olacaq, digər hissəsi isə öz növbəsini gözləyəcək: "Bununla bir ölkənin ərazisində iki siyasi və hüquqi rejim fəaliyyət göstərəcək. Və bundan sonra deyəcəklər ki, Ukraynanın parçalanmasını istəmirlər?".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər