General: “Putinin Priqojini itirməyə gücü çatmaz”
Tarix: 11-07-2023 14:20 | Bölmə: Dünya
General: “Putinin Priqojini itirməyə gücü çatmaz”

“Rusiya prezidenti Vladimir Putinin, hətta hərbi rəhbərliyə qarşı üsyan etdikdən sonra belə, “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojini “itirməyə” gücü çatmaz”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan general-leytenantı Mark Hertlinq deyib.

Generalın sözlərinə görə, Putinin “satqın” adlandırdığı həmin şəxslərlə bir həftə sonra görüşü onu təəccübləndirməyib.

“Vaqner” qrupunun bir neçə ölkədə fəaliyyət göstərdiyini xatırladan amerikalı general əlavə edib ki, bütün bunlar Rusiya hökumətinin tapşırığı ilə baş verib:

“Vaqner”in qoşunları bir neçə qitədədir və bir neçə ölkədə var: Suriya, Yaxın Şərq, Afrika. Cənab Putinin bu adamı itirməyə gücü çatmaz.

Siz düşünərdiniz ki, Priqojin baş verən üsyana görə dərhal həbs etdirəcək. Amma “Vaqner” Rusiya hökumətinə kömək edən qüvvələrin böyük bir hissəsinin yanında harizma və təsirə malikdir”.

Hertlinq əmindir ki, Kremldə baş tutan görüş “Vaqner” qüvvələri dağılarkən Priqojini yenidən “gəmiyə qaytarmaq” cəhdi olub: “Əslində, onlara “onlar rus ordusuna qoşulsunlar və ya “Vaqner” qrupunu tərk etsinlər”,- deyiləndə yollarını ayırıblar. Deməli, bu gücdə çaşqınlıq var”.

Qeyd edək ki, Britaniyanın Rusiyadakı keçmiş hərbi attaşesi Con Forman bazar ertəsi günü Putinin Priqojinlə görüşünün “orta əsr saray mərasimi olduğuna inandığını, məğlub olmuş “Vaqner” üsyançılarının monarxın qarşısında diz çökərək narazılıqlarının ona qarşı olmadığını izah edərək mərhəmət diləyib”,- şəklində qiymətləndirib. O, əlavə edib ki, bu, Putinə mərhəmətli görünməyə, siyasətdən yüksəkdə olmağa və Priqojinin çirkinliklərinin arxasından xətt çəkməyə imkan verir.

Xatırladaq ki, Fransanın “Libération” qəzeti Priqojinin Kremldə Putinlə görüşdüyünü yazmışdı. İddia olunurdu ki, görüş iyulun 1-də baş tutub.

Onu da qeyd edək ki, Putinin mətbuat katibi Peskovun sözlərinə görə, Rusiya prezidenti iyunun 29-da Priqojini və “Vaqner” komandirlərinin iştirak etdiyi 35 nəfərlik heyətlə görüşüb və görüş təxminən üç saat davam edib.

V. QULİYEV
Reyting.az






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər