Petr Pavel: "Gələn il Ukraynaya dəstək azala bilər"
Tarix: 11-07-2023 15:30 | Bölmə: Dünya
Petr Pavel: "Gələn il Ukraynaya dəstək azala bilər"

"Rusiya ilə Ukrayna arasında danışıqlar bu ilin sonuna kimi baş verənlərdən asılıdır".

Bu barədə Çexiya prezidenti Petr Pavel Britaniyanın “The New York Times” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynaya hərbi dəstək üçün fürsətlər bu ilin sonuna qədər azalacaq: “Gələn il ABŞ-də və digər ölkələrdə seçkilər keçiriləcək. Bundan sonra müttəfiqlərin Ukraynaya hazırkı dəstəyi qoruyub-saxlaya biləcəkləri hələ məlum deyil”.

Dövlət başçısının sözlərinə görə, gələn il Ukraynaya dəstək azala bilər.

Qeyd edək ki, müttəfiqlərin bir çoxu, o cümlədən, ABŞ Ukraynaya dəstəyin gələcəkdə də davam edəcəyini bildiriblər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər