NATO və Cənubi Koreya 11 sahə üzrə ikitərəfli tərəfdaşlığa başlayır
Tarix: 11-07-2023 16:36 | Bölmə: Dünya
NATO və Cənubi Koreya 11 sahə üzrə ikitərəfli tərəfdaşlığa başlayır

NATO-nun baş katibi Yens Stoltenberq və Cənubi Koreya prezidenti Yoon Seok-yeol 11 sahədə əməkdaşlıq üçün yeni ikitərəfli tərəfdaşlığın yaradılmasını elan ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya prezidentinin ofisinə istinadla məlumat yayıb.

NATO-nun Vilnüs sammiti çərçivəsində keçirilən görüşdə tərəflər digərləri ilə yanaşı, terrorizmlə mübarizə, nüvə silahlarının yayılmaması, ən son texnologiyalar və kibermüdafiə üzrə əməkdaşlığa razılaşıblar.

Tərəfdaşlıq, həmçinin Cənubi Koreya və NATO-nun terrorla mübarizə imkanlarını gücləndirmək, Cənubi Koreyanın NATO-nun terrorla mübarizə təlimlərində və işçi qruplarında iştirakını asanlaşdırmaq üçün məsləhətçi orqanın yaradılmasını və Cənubi Koreya ordusu ilə NATO arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün praktiki əməkdaşlığı nəzərdə tutur.

Yoon Cənubi Koreya, Yaponiya, Avstraliya və Yeni Zelandiya kimi Hind-Sakit okean ölkələri, eləcə də “Atlantik okeanında təhlükəsizliyin Hind-Sakit okean hövzəsində təhlükəsizliyin bir-birindən ayrıla bilmədiyi bir vaxtda” NATO arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Stoltenberq Cənubi Koreyanı "çox dəyərli NATO tərəfdaşı" adlandıraraq onun sözlərini təkrarlayıb. Baş katib əlavə edib ki, Hind-Sakit okean regionunda baş verənlər Avropa üçün, Avropada baş verənlər isə Hind-Sakit okean regionu üçün vacibdir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər