Narışkin ABŞ kəşfiyyatının rəhbəri ilə “Ukrayna ilə nə etməli” məsələsini müzakirə edib
Tarix: 12-07-2023 17:20 | Bölmə: Dünya
Narışkin ABŞ kəşfiyyatının rəhbəri ilə “Ukrayna ilə nə etməli” məsələsini müzakirə edib

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns iyunun sonunda telefonla Ukrayna məsələsini müzakirə ediblər.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, bu barədə Narışkinin özü məlumat verib.

“Amerikalı həmkarımın telefon danışığında 24 iyun hadisələri də müzakirə olundu. Baş verənlərlə bağlı bu suala necə cavab verdiyim aydındır”, - Narışkin deyib.

Onun sözlərinə görə, sonda “söhbətin əsas hissəsi Ukrayna ətrafında baş verənlərin müzakirəsinə yönəlib”. Təxminən bir saat davam edib.

"Biz Ukrayna ilə nə edəcəyimizi düşündük və əsaslandırdıq", - Xarici Kəşfiyyat Xidmətinin direktoru vurğulayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər