Rusiyada hərbi rəhbərliyi tənqid edən general istefaya göndərilib
Tarix: 13-07-2023 10:22 | Bölmə: Dünya
Rusiyada hərbi rəhbərliyi tənqid edən general istefaya göndərilib

Rusiyalı general İvan Popov Ukraynadakı vəziyyətlə bağlı “həqiqəti” söylədikdən sonra işdən çıxarıldığını bildirib.

Reyting.az
-ın xarici mediaya istinadla məlumatına rusiyalı general Ukraynada cəbhədəki ağır vəziyyətlə bağlı hərbi rəhbərliyə “həqiqəti” söylədikdən sonra komandirlik vəzifəsindən qovulduğunu deyib. Onun bəyanatı “Vaqner” özəl hərbi şirkətinin qısamüddətli üsyanından sonra Rusiya ordusunda artan gərginlik fonunda verilib.

Ukrayna cəbhəsində Zaporojye yaxınlığında döyüşən 58-ci Əlahiddə Ümumqoşun Ordusunun komandiri general-mayor İvan Popov səsli mesajında döyüş meydanında problemlər, o cümlədən əks-batareya atəşinin olmamasından sonra atəşə tutulduğunu bildirib. O, Ukraynanın hücumları nəticəsində çoxlu sayda ölü və yaralı rus hərbçisindən də danışıb.

Popovun emosional müraciətini çərşənbə günü axşam Rusiya Dövlət Dumasının deputatı, istefada olan general-polkovnik Andrey Qurulev yayıb.

Adlarını çəkmədən ordunun başçısı Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyquya hücum edərək onları ölkəni kürəyindən bıçaqlamaqda ittiham ediblər.

Yüksək rütbəli rus komandirinin hərbi rəhbərliyi açıq tənqidi Rusiyada nadir hallarda rast gəlinir və Yevgeni Priqojinin qiyamından sonra Kremlin yaratmağa çalışdığı birlik hissini sarsıdır.

ELÇİN






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər