Zelenski NATO-ya üzvlük müqabilində Ukrayna ərazisindən imtinaya “yox” deyib
Tarix: 13-07-2023 12:17 | Bölmə: Dünya
Zelenski NATO-ya üzvlük müqabilində Ukrayna ərazisindən imtinaya “yox” deyib

Ukrayna NATO-ya daxil olmaq perspektivi müqabilində özününkü hesab etdiyi ərazilərə iddialarından əl çəkməyəcək.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski Vilnüsdə keçirdiyi mətbuat konfransında bəzi Qərb ölkələrinin “Ukraynanın NATO-ya üzvlüyü məsələsinin Rusiya ilə danışıqlar üçün istifadə oluna biləcəyi” ssenari hazırlaya biləcəyi sualına cavab verərkən deyib.

“Biz öz ərazilərimizdən imtina etməyəcəyik və heç vaxt onları heç bir dondurulmuş münaqişə ilə dəyişdirməyəcəyik. Tərəfdaşlarımız mənim mövqeyimi aydın bilirlər”, - Zelenski vurğulayıb.

Daha əvvəl “Politico” yazıb ki, Ukrayna hesab edir ki, onun NATO-ya üzvlük məsələsi Rusiya ilə sülh danışıqları zamanı istifadə edilə bilər. Qəzetin iddiasına görə, Ukrayna rəhbərliyi arasında Almaniya və digər ölkələrin guya Ukraynanın potensial NATO üzvlüyündən Rusiya ilə gələcək sülh danışıqlarında sövdələşmə vasitəsi kimi istifadə etmək istəməsi ilə bağlı qorxular var.

Eyni zamanda, Zelenskinin sözlərinə görə, Qərb tərəfdaşları tərəfindən Kiyevə dəstək azalmayacaq, müvafiq təminatlar NATO ölkələrinin liderlərindən alınıb. O əlavə edib ki, Qərbin yardımı əsasən döyüş meydanındakı vəziyyətdən asılıdır.

Eyni zamanda, o qeyd edib ki, Kiyevə ATACMS taktiki ballistik raketlərinin tədarükü ilə bağlı qərar hələ qəbul edilməyib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər