Liderlərin sammitində Rusiyaya görə mübahisə yaranıb
Tarix: 18-07-2023 17:37 | Bölmə: Dünya
Liderlərin sammitində Rusiyaya görə mübahisə yaranıb

Avropa İttifaqı, Latın Amerikası və Karib hövzəsi ölkələrinin sammitində Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı birgə bəyanatı imzalamaqda razılığa gələ bilməyiblər.

Reyting.az
-ın məlumatına görə, bu barədə “Reuters”ə danışıqlarla tanış olan rəsmilər məlumat verib.

Qeyd olunur ki, bəzi Latın Amerikası ölkələri Rusiyanı açıq şəkildə qınamaqdan yayınmağa çalışıblar.

Agentlik mənbələri bildiriblər ki, Kuba və Nikaraqua kimi Kremllə sıx siyasi və iqtisadi əlaqələri olan ölkələr Rusiya Federasiyasını pisləmək cəhdlərinə qarşı çıxıblar.

Çərşənbə axşamı sammitə gələn İrlandiyanın baş naziri Leo Varadkar deyib ki, kommunike "Ukrayna ilə bağlı çox aydın" olmalıdır.

Lüksemburqun baş naziri Xavier Bettel isə bildirib ki, kommunike “tarixi yenidən yazmaq” üçün istifadə edilə bilməz.

Çilinin xarici işlər naziri Alberto van Klaveren mübahisədən təəssüfləndiyini deyib:

"Biz hazırkı vəziyyətə görə çox təəssüflənirik və qrupumuzda Ukraynadakı müharibə ilə bağlı istənilən qətnaməyə qarşı çıxan üzvlərin olmasına çox təəccüblənirik. Biz inanırıq ki, bu, işğalçılıq müharibəsidir və bu, Çilinin mövqeyidir".

Daha əvvəl bildirilib ki, böyük dövlətlər arasında Ukraynadakı müharibə ilə bağlı fikir ayrılıqları səbəbindən G20 (G20) ölkələrinin maliyyə nazirləri arasında iki günlük danışıqlar çərşənbə axşamı birgə bəyanat olmadan başa çatacaq.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər