Donetskə raket zərbəsi endrilib: 7 nəfər ölüb, 81 yaralı var
Tarix: 08-08-2023 12:50 | Bölmə: Dünya
Donetskə raket zərbəsi endrilib: 7 nəfər ölüb, 81 yaralı var

Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərində yaşayış evinə və kiçik otelə Rusiya ordusunun ötən gecə atdığı "İskəndər" tipli raket zərbələri nəticəsində ölən və yaralananların statistikası yenilənib.

Donetsk vilayəti hərbi administrasiyasından verilən məlumata görə, ölənlərin sayı 7-yə, yaralananların sayı isə 81 nəfərə çatıb.

Ölənlərdən 5-i mülki şəxs, 1-i əsgər və 1-i xilasedicidir.

Qeyd edilib ki, yaralananlardan 39-u mülki şəxs, o cümlədən 2-si uşaq, 31-i polis, 7 nəfəri Fövqəladə Hallar Xidmətinin əməkdaşı, 4-ü isə hərbçidir:

"Yerli vaxtla saat 11:00-a olan məlumata görə, 12 çoxmərtəbəli binaya ziyan dəyib, hotel binaları, prokurorluq, pensiya fondu, aptek, iki mağaza, iki kafe və iki mülki avtomobil ciddi zədələnib"(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}