Vaşinqton: "Polşa ilə Ukrayna arasında gərginlik aradan qaldırılıb"
Tarix: 10-08-2023 14:25 | Bölmə: Dünya
Vaşinqton: "Polşa ilə Ukrayna arasında gərginlik aradan qaldırılıb"

Polşa ilə Ukrayna arasında gərginlik aradan qaldırılıb.

Bu barədə Polşa Prezident Ofisinin rəhbəri Pavel Şrot deyib.

Onun sözlərinə görə, iki ölkə arasında konfliktin ən gərgin mərhələsi artıq keçmişdə qalıb: “Mövcud fikir ayrılıqlarına sakit yanaşmaq, münasibətlərin qorunmasına çalışmaq lazımdır. Elə etməliyik ki, münasibətlərimiz yaxşı olsun”(Report).

Xatırladaq ki, Ukraynanın Varşavadakı səfiri Vasil Zvariçi avqustun 1-də Polşa Xarici İşlər Nazirliyinə çağırılmışdı. Buna səbəb kimi Ukrayna hakimiyyətinin Polşanın dəstəyini lazımi səviyyədə qiymətləndirməməsi göstərilmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}