12:45 / 23-04-2025
Sabah yağış yağacaq
Parisi Kiyevə yardımı dayandırmağa çağırırlar
Tarix: 18-09-2023 00:07 | Bölmə: Dünya
Parisi Kiyevə yardımı dayandırmağa çağırırlar

Paris Kiyevi maliyyələşdirməyi dayandırmağa çağrılır. Reyting.az xəbər verir ki, belə çarışı Fransanın sağçı “Qalx, Fransa” siyasi hərəkatının lideri Nikola Düpon-Aignan çağırıb.

“CNews” məlumatına görə, hərəkat liderinin fikrincə, Afrika ölkələrinin inkişafına sərmayə qoymaq Fransa geosiyasətində prioritet olmalıdır.

Dupon-Aignan ABŞ və Çin arasında "Avropanı zəiflədərək məhv edən" oyunun dayandırılmasını tələb edib. O, "Fransa ukraynalıları öldürmək üçün Ukraynaya Amerika silahlarını tədarük etmək əvəzinə, bu pulu yenidən bölüşdürməlidir",- deyib.

Qeyd edək ki, avqust ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Taylor Greene ABŞ hakimiyyətini ordu ilə bağlı problemləri olan Ukraynanı maliyyələşdirməyi dayandırmağa çağırıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib