20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Türk ordusunun keçirdiyi əməliyyatın detalları məlum olur - Foto
Tarix: 06-10-2023 17:38 | Bölmə: Dünya
Türk ordusunun keçirdiyi əməliyyatın detalları məlum olur

Ötən gecə saat 23:00-da Türkiyə Silahlı Qüvvələrinin (TSK) Hərbi Hava Qüvvələri Komandanlığına bağlı təyyarələrin iştirakı ilə həyata keçirilən hava əməliyyatının təfərrüatları bəlli olub. Suriyanın şimalındakı Tel-Rıfat, Cizirə və Derik bölgələrində sərhədin 40-50 kilometr dərinliyindəki hədəflər türk təyyarələri tərəfindən vurulub.

Reyting.az
xəbər verir ki, kritik əməliyyatla bağlı təfərrüatlar ortaya çıxmağa başlayıb.

Yerli və milli istehsal olan sursatların istifadə edildiyi əməliyyatda əvvəlkindən fərqli olaraq terror təşkilatının istifadə etdiyi neft quyusu və anbarları da vurulub.

“Ötən gecə Suriyanın şimalında PKK və YPG terrorçularına aid bir çox hədəf məhv edilib. Həmin əməliyyatın təfərrüatları ortaya çıxıb. Dünən gecə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı qırıcıların iştirakı ilə həyata keçirilən hava əməliyyatı zamanı çoxsaylı hədəflər məhv edilib”,- xarici media yazır.



Dünənki əməliyyata nəzər saldıqda məlum olur ki, dəstək təyyarələrinin iştirak etdiyi əməliyyatda AKINCI hücum pilotsuz uçan aparatı da daxil olmaqla bir çox döyüş təyyarəsi iştirak edib. Əvvəlkilərdən fərqli olaraq, terror təşkilatının istifadə etdiyi neft quyuları və anbarları ilə yanaşı, terrorçuların yerləşdiyi mağaralar, bunkerlər və sığınacaqlar da daxil olmaqla 30 hədəfə zərbə endirilib.

Qeyd edək ki, sərhədin 40-50 km dərinliyindəki terrorçu hədəfləri “F-16” qırıcıları vurub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər