Gürcüstan Konstitusiya Məhkəməsi Prezidentin impiçmentini təsdiqləyib
Tarix: 16-10-2023 15:12 | Bölmə: Dünya
Gürcüstan Konstitusiya Məhkəməsi Prezidentin impiçmentini təsdiqləyib

Gürcüstanın Konstitusiya Məhkəməsi impiçment proseduru çərçivəsində Prezident Salome Zurabişvili tərəfindən ölkənin əsas qanununun pozulduğunu təsdiqləyib.

Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Qərarı 9 hakimdən 6-sı dəstəkləyib.

Qeyd edək ki, bu il sentyabrın əvvəlində S.Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum oldu ki, Gürcüstan hökuməti dövlət başçısının bu səfərinə razılıq verməyib. Ona görə də hakim partiya Prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}