Rusiya və Çin liderləri danışıqları davam etdirir
Tarix: 18-10-2023 10:06 | Bölmə: Dünya
Rusiya və Çin liderləri danışıqları davam etdirir

Pekində səfərdə olan Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Zinpin məhdud tərkibdə danışıqları davam etdirirlər, bundan sonra liderlər üz-üzə danışacaqlar. Reyting.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

"Söhbət məhdud formatda başlayıb, ondan sonra - üz-üzə", - deyə Kreml nümayəndəsi əlavə edib.

Xatırladaq ki, görüş Pekində “Bir kəmər, bir yol” forumu çərçivəsində keçirilir. Rusiya və Çin liderləri nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar. Danışıqlar Moskva vaxtı ilə təxminən 6:50-də başlayıb və təxminən 1,5 saat davam edib.

Daha əvvəl məlumat verilmişdi ki, liderlər məhdud tərkibdə işçi səhər yeməyi formatında danışacaqlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}