20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Məhkəmə Köçəryanın həbs müddətinin uzadılması ilə bağlı vəsatətə baxır
Tarix: 18-10-2023 14:17 | Bölmə: Dünya
Məhkəmə Köçəryanın həbs müddətinin uzadılması ilə bağlı vəsatətə baxır
Robert Köçəryan

Bu gün İrəvan Ümumi Yurisdiksiya Məhkəməsində hakim Masis Melkonyanın sədrliyi ilə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın həbs müddətinin uzadılması ilə bağlı vəsatətə baxılması üçün məhkəmə iclası keçirilir.

Reyting.az
-ın xəbərinə görə, eks-prezidentin oğlunun vəkili Aleksandr Koçubayev sosial şəbəkədə yazıb ki, müdafiə tərəfi iş materialları ilə tanış deyil və məhkəmənin təxirə salınması ilə bağlı vəsatət verəcək.

Amma hakim Masis Melkonyanın məhkəməni təxirə salmaqla bağlı vəsatəti rədd edib.

Xatırladaq ki, Levon Köçəryan sentyabrın 22-də saxlanılıb və bir ay müddətinə həbs edilib. Sentyabrın 22-də keçirilən etiraz aksiyaları zamanı eks-prezidentin oğlu polisə müqavimət göstərib, hətta bir neçə polisi döyüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər