Türkiyə Estoniyaya 130 milyon avro dəyərində zirehli texnika satır
Tarix: 19-10-2023 10:38 | Bölmə: Dünya
Türkiyə Estoniyaya 130 milyon avro dəyərində zirehli texnika satır

Türkiyənin "Otokar" şirkəti tərəfindən istehsalı olunan ARMA 6x6 zirehli transportyoru avropalı rəqiblərini geridə qoyaraq Estoniyada ixrac uğuru əldə edib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Otokar" Estoniyanın paytaxtı Tallinndə Estoniya Müdafiə İnvestisiyaları Mərkəzinin (ECDI) təhlükəsizlik qüvvələri tərəfindən istifadə ediləcək 4X4 və 6X6 zirehli texnikalarının alışı üçün müqavilə imzalayıb.

Türkiyə mətbuatı yazır ki, "Otokar" müqavilə çərçivəsində Estoniyaya 130 milyon avro dəyərində ARMA 6X6 zirehli personal daşıyıcıları satacaq. Bu rəqəm Avropadakı rəqiblərindən xeyli öndə olmaq deməkdir.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}