Avropadan Ukraynaya yeni təklif gəlib
Tarix: 01-12-2023 14:35 | Bölmə: Dünya
Avropadan Ukraynaya yeni təklif gəlib

Avropanın müdafiə sənayesi strategiyası Ukraynanın hərbi ehtiyaclarını nəzərə almalıdır.

Reyting.az
xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen cümə axşamı Avropa İttifaqının (Aİ) illik müdafiə konfransında deyib.

Komissiya sədrinin fikrincə, bu, Kiyevə rus işğalına qarşı mübarizədə kömək edəcək.

“Reuters” xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ukraynanın müdafiə sənayesinin inkişafı üzrə məsləhətləşmələrə cəlb olunması bu ideyanın həyata keçirilməsi istiqamətində ilk addımlardır.

Xatırladaq ki, Avropa İttifaqının müdafiə nazirlərinin avqust ayında keçirilən iclasında Ukraynaya 20 milyard dollarlıq hərbi yardım fondunun yaradılması elan edilib. Kiyevə 2024-2027-ci illərdə silah və təlim proqramları üçün hər il 5 milyard avro ayrılacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}