Madriddə qəza: helikopter dairəvi yola düşüb
Tarix: 01-12-2023 16:26 | Bölmə: Dünya
Madriddə qəza: helikopter dairəvi yola düşüb

Madriddə helikopterin dairəvi yola düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.

Reyting.az
“El Pais”ə istinadla xəbər verir ki, qəza M-40 magistralının ortasında, cümə axşamına qədər “Avropa Rotor” aviasiya sərgisinin keçirildiyi “İfema” sərgi mərkəzinə çox yaxın ərazidə qeydə alınıb.

Məlumata görə, F-HPUX qeydiyyat nömrəli sarı helikopter saat 10:20-də qəzaya uğrayıb.

Helikopterdə olan yaralılardan biri onu müstəqil tərk edib, digəri isə yanğınsöndürənlər tərəfindən xilas edilib. Onların hər ikisi xəstəxanaya aparılıb, biri yüngül kəllə-beyin travması, digəri isə omba sınığı ola bilər.

Üçüncü zərərçəkmiş, M-40 şosesi ilə hərəkət edən avtomobilin sürücüsü avtomobilinin şüşələrinin sınması nəticəsində kəsik xəsarətləri alıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}