20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ermənistan Rusiyanı məhkəməyə verməkdən çəkinir
Tarix: 04-12-2023 17:42 | Bölmə: Dünya
Ermənistan Rusiyanı məhkəməyə verməkdən çəkinir

“Ermənistan Rusiyanı silah tədarük etmədiyinə görə məhkəməyə verməyəcək”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Hraçya Sarkisyan deyib.

Sarkisyan düşünür ki, məsələ tərəfdaşlıq münasibətləri çərçivəsində həll olunacaq.

Xatırladaq ki, Ermənistan hökumətinin 29 sentyabr 2022-ci il tarixli iclasında baş nazir Nikol Paşinyan bəyan edib:

“Elə hallar var ki, yüz milyonlarla dollar ödənilir, lakin Ermənistana qarşı tədarük öhdəlikləri müttəfiq ölkələr tərəfindən yerinə yetirilmir. Biz bu vəziyyəti dərindən təhlil etməliyik. Bütün bunlar uzaqgörən və ya olmayan məqsədlə baş verir ki, biz dövlətçiliyimizdən, suverenliyimizdən əl çəkək, ərazi bütövlüyünü güzəştə getək, lakin bütün amillərə baxmayaraq, müstəqilliyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü qorumaq əzmindəyik”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər