19:37 / 15-10-2024
Cəlilabadda zəlzələ olub
Üç ölkənin səfiri Polşaya qarşı birləşib
Tarix: 05-12-2023 19:14 | Bölmə: Dünya
Üç ölkənin səfiri Polşaya qarşı birləşib

Baltikyanı ölkələrin Varşavadakı səfirləri sərhəd-keçid məntəqələrində ukraynalı daşıyıcıların keçidinə qadağa ilə əlaqədar Polşa hakimiyyətinə demarş elan ediblər. Onların fikrincə, bu, Rusiyanın genişmiqyaslı işğalına müqavimət göstərmək qabiliyyətinə xələl gətirir.

Reyting.az
xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin mətbuat katibi Brita Kikas ERR-ə açıqlamasında bildirib.

Kikasın sözlərinə görə, Baltikyanı ölkələrin üç səfiri Polşa-Ukrayna sərhədinin bağlanması ilə əlaqədar demarş elan ediblər. Qeyd edək ki, diplomatiyada demarş müəyyən bir məsələyə diqqəti cəlb etmək üçün bir hökumətin digər hökumətə müraciəti deməkdir.

"Biz yük maşını sürücülərinin etiraz etmək hüququna hörmətlə yanaşırıq. Amma təəssüf ki, bu, digər daşıyıcılar üçün problemlər və Ukrayna iqtisadiyyatı üçün əlavə çətinliklər yaradıb", - deyə Estoniya XİN-nin sözçüsü izah edib.

O, Polşa, Ukrayna və Avropa Komissiyasının “yaxın gələcəkdə” problemin həllini birgə tapacağına və Estoniyanın Polşanın yeni hökuməti ilə həll yolunu axtarmağa davam edəcəyinə ümid bəslədiyini bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}