20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
General: “Ölkəmizə hücum olsa, əsgərlərimiz güllə əvəzinə daş atacaq”
Tarix: 07-12-2023 10:20 | Bölmə: Dünya
General: “Ölkəmizə hücum olsa, əsgərlərimiz güllə əvəzinə daş atacaq”

İki aya qədər davam edən istənilən hücumu Belçikanın dəf etməsi üçün sursat təchizatının təmin edilməsi 5-7 milyard avro arasında investisiya tələb edir.

Reyting.az
xəbər verir ki, bunu general Mark Thies deyib.

Onun sözlərinə görə, Belçika ordusu silah-sursat və maliyyə baxımından o qədər ac qalıb ki, hər hansı bir münaqişə başlayandan dərhal sonra əsgərlər “güllə əvəzinə daş atmalı olacaqlar”.

“Politico” nəşrinin yazdığına görə, bu yaxınlarda Belçika ordusundan general-leytenant rütbəsi ilə təqaüdə çıxan Thies bildirib ki, sursat təchizatının təmin edilməsi üçün tələb olunan 5-7 milyard avro arasında investisiya hökumətin hazırda təmin etdiyindən qat-qat çoxdur.

“Sursat almaq üçün ildə 15 milyon avro pul tələb olunurdu, indi isə bu məbləğ 150 milyon avroya qədər artırılıb. Əgər burada müharibə başlasa, bir neçə saat ərzində döyüş sursatı olmadığı üçün daş atmalı olacağıq”, - deyə general əlavə edib.

Xatırladaq ki, Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan bəri Qərb hökumətləri Moskvanın hücumlarını dəf etmək və müdafiəsini gücləndirmək üçün Kiyevə hərbi sursatlar göndərir. Bununla belə, blokun silah istehsalçıları ehtiyatları artırmaq və xüsusilə 155 mm-lik döyüş sursatı ilə bağlı şərqə tədarükü təmin etmək üçün potensial yaratmağa çalışırlar. Bu o deməkdir ki, Avropa İttifaqı Ukraynaya tədarüklə bağlı könüllü hədəfini demək olar, əldən verəcək.

Belçikaya hücum ehtimalı az olsa da, çatışmazlıq, milli ehtiyatlar azalarsa, Ukraynaya tədarükün davam etdirilməsi çətinləşəcək. Noyabr ayında, Thiesin istefasından qısa müddət sonra Belçika hökuməti yerli silah istehsalçısı “FN Herstal” ilə döyüş sursatı tədarükü də daxil olmaqla, iki illik müqavilə imzalayıb, lakin çatdırılma vaxt aparacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər