İordan çayının qərb sahilində daha 4 fələstinli öldürülüb
Tarix: 12-12-2023 11:38 | Bölmə: Dünya
İordan çayının qərb sahilində daha 4 fələstinli öldürülüb

İsrail ordusu İordan çayının qərb sahilinin Cenin bölgəsində daha 4 fələstinlini öldürüb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Fələstin Səhiyyə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinə PUA-larla zərbə endirib: "Nəticədə 4 fələstinli şəhid olub, 10-dan çox mülki şəxs isə yaralanıb".

Xəbərdə deyilir ki, bununla da oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və sivil yəhudilərin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 279-a yüksəlib.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}