İstanbulda əməliyyat: 11 terrorçu saxlanılıb, 6-sı axtarılır
Tarix: 26-12-2023 10:42 | Bölmə: Dünya
İstanbulda əməliyyat: 11 terrorçu saxlanılıb, 6-sı axtarılır

PKK/KCK silahlı terror təşkilatının Suriya uzantısı olan PYD/YPG tərkibində fəaliyyət göstərən 11 şübhəli İstanbulda keçirilən əməliyyatla saxlanılıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Respublika Prokurorluğu məlumat yayəb.

Qeyd olunub ki, terror təşkilatı tərkibində fəaliyyət göstərən şübhəlilərin müəyyən edilməsi üçün araşdırmalar başlayıb:

"İstintaq çərçivəsində PKK/KCK terror təşkilatına qarşı aparılan əməliyyatlarda əldə edilən materiallarda fotoşəkilləri təsbit edilən 17 şübhəlinin PKK-nın Suriya uzantısı olan PYD/YPG tərkibində silahlı qüvvə kimi fəaliyyət göstərdikləri müəyyən edilib. İstanbul polisi şübhəliləri tutmaq üçün Ataşehir, Avcılar, Bağcılar, Bakırköy, Başakşehir, Esenyurt, Esenler, Güngören, Küçükçekmece, Sultangazi və Silivridə 17 fərqli ünvanda eyni vaxtda əməliyyat keçirib. Əməliyyat zamanı 11 şübhəli saxlanılıb. Qalan 6 nəfərin axtarışları davam edir".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}