20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Kreml: “İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi Türkiyənin suveren qərarıdır”
Tarix: 24-01-2024 14:07 | Bölmə: Dünya
Kreml: “İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi Türkiyənin suveren qərarıdır”

"İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin təsdiqlənməsi Türkiyənin suveren qərarıdır".

Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Türkiyə hələ də Şimali Atlantika Alyansının üzvüdür. Bu, açıq-aydın faktdır. Onun öz öhdəlikləri, bu Alyansla bağlı müttəfiqləri ilə danışıqlar prosesi var. Bu, Türkiyənin suveren qərarıdır”, - o bildirib.

Xatırladaq ki, yanvarın 23-də Türkiyə parlamenti İsveçin alyansa qoşulması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər