20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Türkiyədə terrorçulara qarşı əməliyyat keçirilib
Tarix: 19-02-2024 09:45 | Bölmə: Dünya
Türkiyədə terrorçulara qarşı əməliyyat keçirilib

“PKK terror təşkilatının qış strukturuna böyük zərbə vurulub, 9 əyalətdə 24 mağara məhv edilib”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Terrorçuların mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah-sursat və partlayıcı maddələrin məhv edilməsi məqsədilə həyata keçirilən “BOZDOĞAN-3” əməliyyatlarında 9 vilayətdə 24 mağara və sığınacaq sıradan çıxarılıb.

Daxili işlər naziri Əli Yerlikaya əməliyyatın təfərrüatlarını açıqlayıb:

“Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsi və Kəşfiyyat İdarəsinin koordinasiyasında “BOZDOĞAN” əməliyyatı Şırnak, Diyarbəkir, Mardin, Tunceli, Tokat, Hakkari, Batman, Hatay və Mardind həyata keçirilib. Əməliyyatlar zamanı 1820 RPG-7 sursat və yanacaq patronu, həmçinin çoxlu pulemyot, PUA sistemləri və partlayıcı maddələr ələ keçirilib”.

Məlumata görə, əməliyyat nəticəsində tank əleyhinə 10 sursat, 910 RPG-7 sursat və yanacaq patronları, partlayış üçün hazırlanmış və mexanizmləri quraşdırılmış 5 kq partlayıcı maddə, qumbaralar, minaatan sursatları, LMGK pulemyotu, MG-3 pulemyotu, AK-47 avtomatları, snayperlər eləcə də çox sayda təşkilati sənədlər ələ keçirilib.

Qeyd edilir ki, terror təşkilatının qış aylarında logistik məqsədlər üçün istifadə etmək və aksiya keçirmək üçün hazırladığı sığınacaqlar bir-bir müəyyən edilərək məhv edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər