20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ekvador Rusiyanın təzyiqi ilə üzləşib
Tarix: 20-02-2024 09:50 | Bölmə: Dünya
Ekvador Rusiyanın təzyiqi ilə üzləşib

Ekvador Ukraynaya hər hansı hərbi material göndərməkdən imtina edir.

Reyting.az
xəbər verir ki, bunu Ekvadorun xarici işlər naziri Qabriela Sommerfel deyib.

Onun sözlərinə görə, prezidentin göstərişi var ki, ölkə beynəlxalq silahlı münaqişədə olan ölkəyə heç bir hərbi material göndərməsin.

Xarici işlər naziri əlavə edib ki, Ekvador BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu təşkilatın üzvü kimi beynəlxalq hüquq normalarına riayət etməklə münaqişə və mübahisələrin sülh yolu ilə həllinə töhfə verir.

Qeyd edək ki, ilin əvvəlində məlum olub ki, bu ölkə müasir silahlar müqabilində ABŞ-a sovet texnikası verəcək. Prezident Daniel Noboa avadanlığı “metal qırıntıları” adlandırıb. Məlum olub ki, Ukraynanın bu yolla “Mi-17” helikopterləri alması mümkündür, lakin onlar pis vəziyyətdə olduğundan ehtiyat hissələri üçün sökülə bilər.

Rusiya Ekvadorun hərəkətlərini “əsassız qərar” və Moskva ilə razılaşmaların pozulması adlandırıb. Daha sonra Rusiya “təhlükəli karantin zərərvericisi” səbəbindən beş Ekvador şirkətindən bananların sertifikatlaşdırılmasını dayandırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər