Gürcüstan prezidenti: "Saakaşvili real səbəblərdən həbsdədir, ancaq..."
Tarix: 29-02-2024 13:29 | Bölmə: Dünya
Gürcüstan prezidenti: "Saakaşvili real səbəblərdən həbsdədir, ancaq..."

Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin keçmiş rəhbəri Mixeil Saakaşvilinin əfv edilib-edilməməsi ilə bağlı məsələyə müstəqil qərar verəcək.

Reyting.az
AzVision.az-a istinadla xəbər verir ki, o, bu barədə Britaniyanın “Chatham House” beyin mərkəzinin tədbirində çıxış edərkən danışıb.

"Mən bu məsələyə şərh vermirəm. Bu, şəxsən verəcəyim və buna görə cavabdeh olacağım mənəvi bir qərardır. Qərar həm də xarici və ya daxili təzyiqin təsir edə biləcəyi bir məsələ deyil", - Zurabişvili Londonda çıxışı zamanı qeyd edib.

O, ölkədə azad və ədalətli parlament seçkilərinin keçirilməsinin eks-prezidentin əfv olunub-olunmaması ilə əlaqəli olmayacağını da vurğulayıb. Zurabişvilinin sözlərinə görə, Saakaşvili real səbəblərdən həbsdədir: "Amma bu o demək deyil ki, biz humanitar perspektivi nəzərə almamalı və ona hörmət etməməliyik. Sakkaşvilinin həbsxanada başına gələnləri diqqətlə izləyirdim. "Nə etmək olar?" deyə soruşduqda reputasiya baxımından onun başqa yerə köçürülməsinə razı idim".

Zurabişvili həmçinin qeyd edib ki, bu mövzuda başqa ölkələrin yararlandığı təcrübələr də var. Söhbət ekstradisiyadan və ev dustaqlığından gedir. O, Ukraynanın Saakaşvilini ekstradisiya etməyə hazır olduğunu xatırladıb.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}