20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Sankt-Peterburqa PUA hücumu: 6 nəfər tibbi yardıma müraciət edib - Foto
Tarix: 02-03-2024 18:43 | Bölmə: Dünya
Sankt-Peterburqa PUA hücumu: 6 nəfər tibbi yardıma müraciət edib

Sankt-Peterburqa pilotsuz təyyarənin hücumu nəticəsində 6 nəfər tibbi yardım üçün müraciət edib.

Reyting.az
xəbər verir ki, bu barədə şəhərin Səhiyyə Komitəsi məlumat yayıb.

“Piskarevski prospektində hadisə yerində 6 mobil təcili yardım briqadası çalışıb. İlk tibbi heyət çağırışdan 10 dəqiqə sonra hadisə yerinə gəlib. Fövqəladə hadisə yerində lazımi sayda həkim daim hazırdır. 92 yaşlı qadın da daxil olmaqla, altı nəfər stress şikayətləri ilə mütəxəssislərə müraciət edib. O, stress reaksiyası əlamətləri ilə xəstəxanaya yerləşdirilib”, - məlumatda qeyd edilir.

Qeyd edək ki, bundan əvvəl Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov Sankt-Peterburqa PUA-nın hücumu barədə məlumat vermişdi. Beqlovun sözlərinə görə, hadisə Krasnoqvardeyski rayonunda qeydə alınıb.

“Ölən və yaralanan yoxdur. İki evin eyvanının şüşələri qismən zədələnib. Zərərçəkmiş mənzillərin sakinləri təxliyə edilib”, - qubernator Telegram kanalında qeyd edib.



E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər