20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiya cəbhədə irəliləmək üçün təyyarələrini itirməyə hazırdır
Tarix: 06-03-2024 11:05 | Bölmə: Dünya
Rusiya cəbhədə irəliləmək üçün təyyarələrini itirməyə hazırdır

Ukrayna Silahlı Qüvvələrinin son həftələr ərzində bir neçə bombardmançı təyyarəni vurmasına baxmayaraq, Rusiya Ukraynaya intensiv hava zərbələri endirməkdə davam edir.

Reyting.az
-ın xəbərinə görə, Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir ki, Rusiya ordusu irəliləmək üçün döyüş təyyarələrini itirməyə hazırdır.

“Forbes”in məlumatına görə, Rusiyanın Su-34 və Su-35 təyyarələri təxminən 40 kilometr məsafədə Ukrayna mövqelərini bombalamaq üçün gündə yüz və ya daha çox döyüş uçuşu həyata keçirir. Eyni zamanda, “New York Times” yazır ki, rusların cəbhə xəttində “daha aqressiv” hava taktikası onların şərqdə son irəliləyişlərinə kömək edib.

Analitiklərin bildirdiyinə görə, Rusiya Hərbi Hava Qüvvələri Ukraynada hava əməliyyatlarının yüksək tempini saxlayır. Çox güman ki, rus komandirləri belə əməliyyatların müsbət təsirlərinin bu cür missiyalarla bağlı xərclərdən daha çox olduğuna qərar veriblər və bu səbəbdən təyyarələr üçün riskləri qəbul etməyə hazırdırlar.

Xatırlanır ki, ruslar Avdeevkanı ələ keçirərkən taktiki təsir üçün sürüşmə bombalarından istifadə ediblər. Ehtimal ki, cəbhənin digər sektorlarında davam edən hücum əməliyyatlarını dəstəkləmək üçün bu effekti təkrarlamağa çalışırlar.

ISW-nin məlumatına görə, ruslar Ukraynanın son həftələrdə Su-34 təyyarəsinin vurulması ilə bağlı xəbərlərini müstəqil şəkildə yoxlaya bilməyiblər.

Onu da qeyd edək ki, Ukrayna tərəfinin iddiasına görə, fevralın 17-dən bu günə kimi 15 Rusiya təyyarəsi məhv edilib. Rusiya son vaxtlar yüksək itkilər fonunda şərqdə hava fəaliyyətini əhəmiyyətli dərəcədə azaltmağa məcbur olub. ISW analitiklərinin hesablamalarına görə, ümumilikdə, rusların 300-ə yaxın müxtəlif qırıcı təyyarəsi var.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər