20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Netanyahu: “Qırmızı xəttim Rəfaha daxil olmaqdır”
Tarix: 11-03-2024 10:31 | Bölmə: Dünya
Netanyahu: “Qırmızı xəttim Rəfaha daxil olmaqdır”

İsrailin baş naziri Benyamin Netanyahu beynəlxalq xəbərdarlıqlara baxmayaraq, tezliklə Qəzzanın cənubunda yerləşən Rəfahda HƏMAS-a qarşı hərbi əməliyyata başlayacaqlarını bildirib.

Reyting.az
-ın xəbərinə görə, İsrailin baş naziri Netanyahu “Bild” və “Politico”ya deyib ki, Rəfaha daxil olacaqlar:

“Buraxmayacağıq. Bilirsiniz, mənim qırmızı xəttim var. Oktyabrda qırmızı xəttin nə olduğunu bilirsiniz. Bu, bir daha baş verməyəcək”.

Netanyahu əlavə edib ki, Rəfahda hərbi əməliyyatın gərgin qarşıdurma mərhələsini tamamlamaq üçün bir neçə həftə lazımdır. O, HƏMAS-a qarşı hücumu davam etdirmək üçün bir çox ərəb liderinin üstüörtülü dəstəyinin olduğunu da iddia edib.

“Biz 7 oktyabrdan sonra Fələstin dövləti görmək istəmirik”, - bəyanatından istifadə edən Netanyahu beynəlxalq ictimaiyyətdən gələn iki dövlətli həll təkliflərini də rədd edib.

Ramazan ayı münasibəti ilə atəşkəs ideyasını da rədd edən Netanyahu bildirib ki, israilli girovların azad edilməsini görmək istəsə də, danışıqlarda hər hansı irəliləyiş görmür.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər