Rusiyanın yanacaq bazasında iki partlayış olub
Tarix: 15-05-2024 11:28 | Bölmə: Dünya
Rusiyanın yanacaq bazasında iki partlayış olub

Mayın 15-nə keçən gecə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Rostov vilayətinin Proletarski rayonundakı yanacaq bazasının məhv edilməsi üçün xüsusi əməliyyat keçirib.

Reyting.az
xəbər verir ki, UNİAN-ın xüsusi xidmət orqanlarındakı mənbələrinə görə, yanacaq bazasının məhv edilməsi əməliyyatı Baş Kəşfiyyat İdarəsinin mütəxəssisləri tərəfindən təşkil olunub. Həmin obyektin hərbi məqsədlər üçün istifadə edildiyi bildirilir.

Qeyd olunur ki, neft bazası ərazisində iki partlayış baş verib. Rusiya hakimiyyəti yanğın faktını inkar etsə də, şahidlər obyektdə yanğının başladığını və ona qarşı mübarizənin hələ də davam etdirildiyini bildirirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}