Nazir: “ABŞ Rusiyanın Ukraynadakı ordusunu məhv edə bilər”
Tarix: 25-05-2024 17:39 | Bölmə: Dünya
Nazir: “ABŞ Rusiyanın Ukraynadakı ordusunu məhv edə bilər”

“Avropa eskalasiya oyununda daha yaxşı oynamalı, Putinin niyyətlərini təxmin etməyə davam etməlidir”.

Reyting.az
xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

R. Sikorskinin sözlərinə görə, ruslar Ukraynanın elektrik şəbəkəsinə, taxıl terminallarına, qaz anbarlarına və mülki infrastruktura hücum edir: “Rusiyanın nüvə silahından istifadə etməməsi bir yana, özünü heç bir şəkildə məhdudlaşdırmır”.

Lakin o, Rusiyanın nüvə silahından istifadə ilə bağlı hədələrinə şübhə ilə yanaşır:

“Amerikalılar ruslara deyiblər ki, əgər siz nüvə bombasını partlatsanız, heç kimi öldürməsə belə, biz sizin Ukraynadakı bütün mövqelərinizi adi silahlarla vuracağıq, hamısını məhv edəcəyik. Məncə, bu, etibarlı təhlükədir. Həmçinin çinlilər və hindlilər bilirlər ki, Rusiyanın hərəkətləri uşaq oyunu deyil, çünki sərhədləri zorla dəyişdirmək tabuları pozulsa, Yaponiya və Koreya nüvə ölkəsi olacaq. Çin də bunu istəmir”.

Qeyd edək ki, ABŞ Rusiyanın kosmosda nüvə silahından istifadə edəcəyi və bununla da öz peyklərinin əksəriyyətini məhv edəcəyi ehtimalından narahatdır. Bundan başqa, Moskva dəfələrlə Ukraynaya, eləcə də NATO ölkələrinə qarşı nüvə hədələri ilə çıxış edib. Eyni zamanda hazırda Rusiya qoşunları qeyri-strateji nüvə silahlarının hazırlanması və tətbiqi üzrə təlimlərin birinci mərhələsinə başlayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}