Brüssel Gürcüstanla bağlı qərar qəbul edə bilməyib
Tarix: 27-05-2024 17:37 | Bölmə: Dünya
Brüssel Gürcüstanla bağlı qərar qəbul edə bilməyib

Bu gün Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr Şurası “Xarici agentlər haqqında” qanunun qəbulundan sonra Gürcüstanla bağlı heç bir qərar qəbul etməyib.

Reyting.az
-ın xəbərinə görə, Aİ-nin genişlənmə üzrə komissarı Oliver Varheli deyib ki, Gürcüstan qanunu qəbul etməklə Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsinin üç şərtini pozur.

Macarıstan rəsmi Tiflisi dəstəkləyib. Onun nümayəndəsi bildirib ki, Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq lazımdır. Budapeşt danışıqlar üçün rəsmi prosedur olan Hökumətlərarası Konfransın (IGC) keçirilməsini tələb edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər