Ukrayna “Şahed” dronlarının hücumuna məruz qalıb
Tarix: 10-07-2024 08:47 | Bölmə: Dünya
Ukrayna “Şahed” dronlarının hücumuna məruz qalıb

İyulun 10-na keçən gecə Rusiya Ukrayna ərazisinə “Şahed” tipli pilotsuz uçuş aparatları buraxıb. Hava hücumu xəbərdarlığı Ukraynanın bir hissəsini əhatə edib.

Reyting.az
xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, ölkənin cənubunda müəyyən sayda “Şahed” qrupları qeydə alınır.

Komandnlıq həmçinin daha əvvəl cəbhə bölgələri üçün aviasiya silahlarından istifadə təhlükəsi barədə məlumat veriblər.

Hərbi Hava Qüvvələrinin ən son məlumatlarına görə, bir qrup dron Jitomirin mərkəzindən şimal-qərbə doğru gedir. Eyni zamanda Kirovoqrad vilayətində PUA-lar Çerkassı vilayətinə doğru hərəkət edir. Nikolaev vilayətinin qərbində də bir qrup drona rast gəlinib və onlar Odessa vilayətində də görünüb.

Hələlik dron hücumunun nəticələri, habelə dağıntılar və itkilər barədə məlumat verilmir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər