Putin ABŞ-dakı seçkinin nəticələrini gözləyir
Tarix: 19-07-2024 18:04 | Bölmə: Dünya
Putin ABŞ-dakı seçkinin nəticələrini gözləyir

Rusiya prezidenti Vladimir Putin ümid edir ki, ABŞ nə vaxtsa Ukraynaya kömək etməkdən yorulacaq.

Reyting.az
xəbər verir ki, bunu “The New York Times” yazıb.

Məqalədə qeyd edilir ki, Kreml Donald Trampın Amerika prezidenti seçilməsini istəsə, bu, Rusiyaya döyüş meydanında arzuladığı qələbəni qazandırmayacaq.

Nəşr yazır ki, Putinin Ukraynanı məğlub etmək strategiyasını fevralda keçmiş teleaparıcı Taker Karlsonla müsahibəsində bir əlamətdar məqamla yekunlaşdırmaq olar. Həmin müsahibədə ABŞ-nın Ukraynaya müdaxiləsinin artırılması ehtimalından danışan Rusiya lideri amerikalılardan soruşub ki, sizin məşğul olmağa başqa işiniz yoxdur?

Məqalədə qeyd edilir ki, Amerika siyasətində bir neçə keşməkeşli həftədən sonra Rusiya lideri axtardığı cavabı almağa həmişəkindən daha yaxın görünür. Çünki Ukraynanın ən mühüm müttəfiqi Co Bayden siyasi böhrandan əziyyət çəkir və demokrat yoldaşları onu prezidentlik yarışından imtina etməyə çağırırlar.

Məşhur nəşr yazır ki, ümumiyyətlə, Amerikanın xarici siyasətindəki hadisələr Putinin gözləntilərinə yaxınlaşa, Vaşinqtonun Kiyevi tərk etməsini an məsələsinə çevirə bilər.

Qeyd olunur ki, Moskva Karnegi Mərkəzinin keçmiş rəhbəri Dmitri Trenin “Putinin strateji hesablaması ona əsaslanır ki, nə vaxtsa amerikalılar yorulacaq və bu, Ukraynanı Rusiya Federasiyası ilə danışıqlara sövq edəcək”,- yanaşmasına əsaslanır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər