Ruslar Xarkova hücum edib, ölən var - Foto
Tarix: 24-07-2024 09:26 | Bölmə: Dünya
Ruslar Xarkova hücum edib, ölən var

İyulun 24-ü səhər saatlarında Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə hücum edib.

Reyting.az
-ın məlumatına görə, Xarkov meri İqor Terexov “Telegram”-da bildirib ki, düşmənlər bu gün səhər saat 5-dən sonra şəhərə hücuma başlayıblar və iki partlayış olub. Mümkündür ki, Xarkov “S-300” raketləri ilə vurulub.

Şəhər rəhbəri qeyd edib ki, Xarkovda ilk zərbə şəhər rayonlarından birinin sənaye zonasına düşüb.

İtkilər və dağıntılar barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə bir nəfər həlak olub.



E. KAMAL




Bölməyə aid digər xəbərlər