Lammi: “Britaniya və ABŞ Ukraynaya lazım olan silahları verməlidir”
Tarix: 13-09-2024 10:29 | Bölmə: Dünya
Lammi: “Britaniya və ABŞ Ukraynaya lazım olan silahları verməlidir”

Böyük Britaniya və ABŞ əsas döyüş qışı öncəsi Rusiyanı “məğlub etmək” üçün Ukraynaya lazım olan silahları verməlidir.

Reyting.az
xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi deyib.

Britaniyanın baş diplomatı münaqişənin Rusiyanın başladığını vurğulayıb. O, bu müharibədə qalib gəlmək üçün Ukraynaya lazım olanı verməyin vacibliyini qeyd edib. “Bu, mübarizədə həlledici dövrdür, çünki siz Rusiyanın qışda üstünlük əldə etməsinə mane olmaq üçün hər şeyi qurursunuz. Təbii ki, biz də Rusiyanın dostu İranla eskalasiyasının çox aydın olduğu bir vaxtda buradayıq. Təəssüf ki, Ukrayna xalqına qarşı istifadə olunacaq ballistik raketlərin Rusiyaya göndərildiyi haqda xəbər alırıq”,- Lemmi bildirib.

Nazir həmçinin qeyd edib ki, Ukrayna bu müharibədə qalib gəlməyin onun üçün nə demək olduğunu dəqiq müəyyənləşdirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}