Zelenski NATO və Avropa İttifaqına üzvlüyə israr edəcək
Tarix: 19-09-2024 12:34 | Bölmə: Dünya
Zelenski NATO və Avropa İttifaqına üzvlüyə israr edəcək

Ukrayna prezidenti Vladimir Zelenski gələn həftə Vaşinqtona səfəri zamanı ölkəsinin NATO və Avropa İttifaqına üzvlüyünə israr edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” öz mənbələrinə istinadla yayıb.

Bundan əlavə, Zelenski ABŞ-nın yüksək vəzifəli şəxsləri ilə iqtisadiyyat və təhlükəsizliklə bağlı sazişlər bağlayacaq, həmçinin Ukrayna Silahlı Qüvvələri üçün silah təchizatını müzakirə edəcək.

Qeyd edildiyi kimi, Ukrayna dövlət başçısı planını amerikalı həmkarı Co Baydenə bu ayın sonunda BMT Baş Assambleyası çərçivəsində görüşəndə təqdim etmək istəyir.

Vladimir Zelenski ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampla da bölüşməyi planlaşdırır.

Məlumatda o da qeyd olunur ki, ABŞ Dövlət Departamentinin nümayəndələri ötən həftə Ukraynanın müharibədə qələbəsi planının elementləri ilə tanış olublar.

“Bild” nəşri isə iddia edir ki, Rusiyanın dərinliklərinə zərbələr endirməklə yanaşı, “qələbə planı” Ukraynanın yerli atəşkəs və “vəziyyətin müvəqqəti dondurulması” ilə razılaşmaya hazır olmasını nəzərdə tutur. Amma Ukrayna Prezident Aparatı bu məlumatı həqiqətdən uzaq sayır.

ABŞ-nın BMT-dəki səfiri Linda Tomas-Qrinfild isə deyib ki, Birləşmiş Ştatlar artıq Zelenskinin planını nəzərdən keçirib və “bu plan işləyə bilər”.

ELÇİN




Bölməyə aid digər xəbərlər