NATO-nun məntəqəsi Rusiya ilə sərhəddə yerləşdiriləcək
Tarix: 27-09-2024 18:45 | Bölmə: Dünya
NATO-nun məntəqəsi Rusiya ilə sərhəddə yerləşdiriləcək

Finlandiya Müdafiə Nazirliyi Rusiya sərhədindən 140 km aralıda yerləşən Mikkeli şəhərində NATO-nun quru qoşunlarının komanda məntəqəsinin yerləşdirilməsi barədə qərar qəbul edib.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Finlandiya quru qoşunları komandanlığının qərargahı artıq Mikkelidə yerləşir və onu Şimali Atlantika Alyansının bazası ilə birləşdirmək milli müdafiə və koordinasiya baxımından müsbət addımdır.

Nazirlik bəyan edib ki, normal şəraitdə baza NATO təlimlərinə və “bölgədə digər dinc fəaliyyətlərə” cavabdeh olacaq. Böhran baş verdikdə isə, qərargahda Şimali Atlantika Alyansının quru qoşunları əməliyyatlarının rəhbərləri yer alacaqlar. Komandanlığa həm müttəfiqlərin, həm də Finlandiya müdafiə qüvvələrinin şəxsi heyəti daxil olacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər