15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Serbiya prezidentinin Moskvaya səfəri ölkəsinə problem yaradacaq
Tarix: 17-04-2025 13:54 | Bölmə: Dünya
Serbiya prezidentinin Moskvaya səfəri ölkəsinə problem yaradacaq

Serbiya prezidenti Aleksandar Vuçiç mayın 9-da keçiriləcək paradda iştirak etmək üçün Moskvaya gələcək.

Reyting.az
-ın məlumatına görə, Serbiya lideri Avropa İttifaqının (Aİ) bu cür səfərlərin birliyə üzv olmaq istəyən ölkə üçün qəbuledilməz olması ilə bağlı xəbərdarlığına baxmayaraq, Moskavaya gəlmək qərarı verib.

Vuçiç qeyd edib ki, yaxın vaxtlarda iştirakını elan etdiyi Moskva səfəri ilə təzyiqlərlə üzləşəcək.

Serbiya prezidenti bildirib ki, mayın 9-da Rusiya paytaxtının Qızıl meydanında keçiriləcək paradda serb hərbi birləşmələrindən biri iştirak edəcək.

Onun sözlərinə görə, ölkə paradın “ümumi” təşkilində ilk dəfədir ki, iştirak edir.

Qeyd olunur ki, Vuçiçin Moskvaya səfəri əslində onun Rusiya-Ukrayna müharibəsində Kremlə dəstək verdiyini göstərir.

Xatırladaq ki, bundan əvvəl Britaniya mediası yazıb ki, Vuçiç Moskvadakı parada gedəcəyi təqdirdə Serbiya cəzalandırılacaq. Xüsusilə, siyasətçiyə xəbərdarlıq edilib ki, Rusiyaya səfər Aİ-yə üzvlük meyarlarının pozulmasıdır, ona görə də bu səfər onun ölkəsinin Avropa ambisiyalarını alt-üst edə bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib