Ağ ev ixtisarları davam etdirir
Tarix: 26-05-2025 07:51 | Bölmə: Dünya
Ağ ev ixtisarları davam etdirir

Tramp administrasiyası Milli Təhlükəsizlik Şurasının onlarla əməkdaşını işdən çıxarıb və bu proses davam etdirilir.

Reyting.az
"The Washington Post" qəzetinə istinadla bildirir ki, ixtisarlar həm ABŞ Prezident Administrasiyasına təyin olunmuş şəxslərə, həm Dövlət Departamentinin əməkdaşlarına, həm də Pentaqondan, eyni zamanda digər dövlət qurumlarından ezam olunmuş məmurlara şamil edilir.

Artıq Milli Təhlükəsizlik Şurasının yüzdən çox əməkdaşı təcili inzibati məzuniyyətə göndərilib. Nəşr xüsusilə vurğulayıb ki, onların arasında öz sahəsində çox yüksək peşəkarlığı ilə seçilən siyasətçilər və ABŞ dövlətinə, həmçinin Ağ ev rəhbəri Donald Tramp üçün lazım ola biləcək xeyli sayda "vacib geosiyasi məsələlər üzrə" məmurlar da var.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər